
Bakı Olimpiya Stadionunun illik xərci açıqlandı
Son zamanlar toy şənliklərinə ev sahibliyi etməklə gündəmə gələn 68700 tamaşaçı tutumlu, UEFA, FİFA və IAAF-nın yüksək beynəlxalq standartlarına uyğun dizayn edilərək tikilən, AFFA-nın balansında olan Bakı Olimpiya Stadionunun aylıq cari xərcləri orta hesabla 200 min manat, illik xərcləri isə 2-3 milyon manat edir.
Economic.az, modern.az-a istinadən məlumatına görə, bu haqda iqtisadçı Qubad İbadoğlu məlumat verib.
Onun sözlərinə görə, bu, stadionun saxlanılması üçün xərclərin orta məbləğini ifadə etsə bütövlükdə xərclər onun iş yükü, tədbirlərin keçirilmə intensvliyi, mövsümi amillərə görə dəyişir:
“İdman infrastrukturunun təyinatına uyğun istifadə olunması sahəsində çətinliklərlə üzləşən stadion rəhbərliyi özünümaliyyələşdirmə mexanizminə keçid üçün səylər göstərsə də, hələ ki xərclərin maliyyələşdirmə sxemində və mənbələrində ciddi dəyişikliklər müşahidə olunmur”.
Qeyd edək ki, fiziki və mənəvi aşınmaya görə aylıq saxlanma xərcləri müntəzəm olaraq artan Bakı Olimpiya Stadionu n 4 ildən sonra AVRO-2020 Avropa Çempionatının 3 qrup mərhələsi və 1/4 final mərhələsinə ev sahibliyi edəcək.
BƏNZƏR MƏQALƏLƏR
-
Mirəsədulla Mirqasımov küçəsi təmir edilib VİDEO/FOTO
Nəsimi rayonunda Mirəsədulla Mirqasımov küçəsi əsaslı şəkildə təmir edilib 2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, […]
-
Qanunsuz ov edən şəxs cəzalandırılıb
Qarayazı Dövlət Təbiət Qoruğunun əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı qoruğun ərazisində balıq ovu edən […]
-
ABŞ-ın ev təsərrüfatlarının borcu ikinci rübdə 16 trilyon dolları ötüb
ABŞ-da ev təsərrüfatlarının borcu bu ilin ikinci rübündə əvvəlki rüblə müqayisədə 2 faiz artaraq 16,15 […]