MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

“Bakı Metropoliteni”nin qatarları maşinistsiz idarə olunacaq

Bənövşəyi xəttin tikintisi başa çatandan sonra “Bakı Metropoliteni”nin qatarları maşinistsiz idarə olunacaq.

Bunu ” Economic“ə açıqlamasında Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, bu məsələ xəttin təməl prinsiplərindən nəzərdə tutulub. Həmin sistemin təməl baza elementləri tələb olunan səviyyədə quraşdırılır Bənövşəyi xəttin tikintisi başa çatdlqdan sonra bu xəttin öz deposu tam istifadəyə veriləcək və bundan sonra qatarların maşinistsiz idarə edilməsi mümkün olacaq. Qatarlar CBTC-Radiodalğalarla idarəetmə sisteminə qoşulacaq və idarə olunacaq. Hazırda texniki normativ tələblərə uyğun olaraq həmin sistemin cari mərhələdə avadanlıqları quraşdırılıb və mikroprosessorla idarəetmə təmin olunub. Bənövşəyi xəttin 5-ci stansiyası istifadəyə veriləndən sonra bu sistem fəaliyyətə başlayacaq.

Qeyd edək ki, artıq Bənövşəyi xətt üzrə 3 yeni stansiya sərnişinlərin istifadəsinə verilib, 4-cü stansiyanın isə inşaatının ilkin hazırlıq işlərinə başlanılıb”.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Leave a Reply

Your email address will not be published.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top
%d bloggers like this: