Bakı hava limanında Yeni il müsabiqəsi: Rahatlıq dünyasını kəşf edin! – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Bakı hava limanında Yeni il müsabiqəsi: Rahatlıq dünyasını kəşf edin!

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişinlərə yola düşməzdən əvvəl komfortdan zövq almaq imkanı yaradacaq Yeni il müsabiqəsi elan edir.

Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat Xidməti məlumat yayıb.

Müsabiqədə 29 fevral 2024-cü il tarixinədək Bakı hava limanından səyahət etməyi planlaşdıran bütün sərnişinlər iştirak edə bilərlər.

Bunun üçün sərnişinlər hava limanının rəsmi “Instagram” səhifəsini  izləməli və müvafiq postun altında şərh yazaraq iştiraklarını təsdiqləməlidirlər. Müsabiqənin qalibləri Bakı hava limanının biznes zallarının unikal üstünlüklərindən, o cümlədən istirahət və iş üçün rahat şəraitdən, müxtəlif yemək, içki və digər xidmətlərdən yararlanmaq fürsəti əldə edəcəklər.

Müsabiqə haqqında ətraflı məlumatı hava limanının sosial şəbəkələrdəki rəsmi səhifələrindən, həmçinin airport.az/az/press-release/yeni-il-musabiq-si/ linkindən əldə etmək mümkündür.

Hər kəsə xoş və komfortlu səyahət arzulayırıq!



Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top