Bakı hava limanı payız-qış uçuş cədvəlinə keçir – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Bakı hava limanı payız-qış uçuş cədvəlinə keçir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Heydər Əliyev Beynəlxalq Aeroportu oktyabrın 29-dan 2024-cü ilin martın 30-u daxil olmaqla qış cədvəlinə keçir.

Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, bu müddət ərzində Bakıdan 18-i aşağı büdcəli aviadaşıyıcı olmaqla 37 aviaşirkət tərəfindən 70-dən çox istiqamətə müntəzəm və çarter reysləri yerinə yetiriləcək.

Məlumata görə, payız-qış mövsümündə hava limanı baza aviadaşıyıcısı olan AZAL-ın bir sıra yeni istiqamətlərini açmaqla və yeni aviaşirkətlər cəlb etməklə öz marşrut şəbəkəsini genişləndirəcək. Həmçinin müxtəlif beynəlxalq istiqamətlərə uçuşların tezliyinin artırılması gözlənilir ki, bu da sərnişinlərə daha çox səyahət variantları təqdim edəcək.

Qeyd edilib ki, Bakı hava limanı bütün sərnişinlərinə yüksək səviyyədə xidmət göstərməyə çalışır, həmçinin aviadaşımaların təhlükəsizliyini və rahatlığını təmin etmək üçün qabaqcıl texnologiyalar və yenilikləri tətbiq etməyə davam edir.

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top