Bakı hava limanı gücləndirilmiş iş rejimində çalışacaq – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Bakı hava limanı gücləndirilmiş iş rejimində çalışacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Heydər Əliyev Beynəlxalq Aeroportu 2023-cü il noyabrın 8-dən 12-dək davam edəcək qeyri-iş günlərində sərnişinlərin maksimum rahatlığını və təhlükəsizliyini təmin etmək məqsədilə gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat Xidmətindən məlumat verilib.

Məlumata görə, bu müddətdə gözlənilən sərnişin axınının artması ilə əlaqədar limanın bütün xidmətlərinin çevik və operativ xidmət göstərilməsi üçün lazımi tədbirlər həyata keçirilib.

Sərnişinlərə reysə qeydiyyat və digər rəsmi prosedurları vaxtında keçmək üçün uçuşdan ən azı iki saat əvvəl hava limanına gəlmələri və aeroportun rəsmi saytında www.airport.az uçuşların gediş-gəliş vaxtını operativ şəkildə izləmək tövsiyə olunur.

Heydər Əliyev Beynəlxalq Aeroportundan sərnişinlərə 34 aviaşirkətin xidmət göstərdiyi 80-ə yaxın istiqamətə səyahət etmək imkanı təqdim edilir.

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top