Bakı Ali Neft Məktəbinin komandası 100 min dollar investisiya qazanıb
Bakı, 28 iyun, AZƏRTAC
SOCAR-ın Bakı Ali Neft Məktəbinin Kimya mühəndisliyi ixtisasının IV kurs tələbəsi Cəvahir Yusifzadə, II kurs tələbəsi Zərifə Əsədullayeva və Biznesin idarə edilməsi ixtisasının II kurs tələbəsi Solmaz Mahmudova “Baku Investment Day”də “CleanTech” kateqoriyasında özünü bərpa edən sement layihəsi ilə qalib olub.
Bakı Ali Neft Məktəbindən AZƏRTAC-a verilən məlumata görə, layihənin rəhbəri Ali Məktəbin Kimya mühəndisliyi kafedrasının istehsalat təlimi ustası Fidan Qədimalıyevadır.
Qalib komanda 100 min ABŞ dolları məbləğində pul mükafatına layiq görülüb.
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]