
“Azərreyl” klubu “Murov”a, “Abşeron” isə UNEC-ə qalib gəlib
Bakı, 24 yanvar, AZƏRTAC
Qadınlar arasında voleybol üzrə Azərbaycan Yüksək Liqasının ilk dövrəsində növbəti oyunlar keçirilib.
AZƏRTAC xəbər verir ki, üçüncü tur çərçivəsində “Murov” klubu “Azərreyl”lə, UNEC “Abşeron”la üz-üzə gəlib.
Voleybol mərkəzində keçirilən ilk matçda “Azərreyl” rəqibini 3:1 hesabı ilə məğlub edib. Digər qarşılaşmada isə “Abşeron” UNEC komandası üzərində hər 3 setdə qələbə qazanıb.
Beləliklə, turnir cədvəlinə 3 turdan sonra xal itirməyən “Azərreyl” başçılıq edir. Komandanın aktivində 9 xal var. “Murov” 6 xalla ikinci, “Abşeron” 3 xalla üçüncüdür. Hesabında xalı olmayan UNEC sonuncu pillədə qərarlaşıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
BƏNZƏR MƏQALƏLƏR
-
Cozef Bayden respublikaçılar və demokratlar arasında əməkdaşlığın vacibliyindən danışacaq
Bakı, 8 fevral, AZƏRTAC ABŞ-ın respublikaçılar və demokratlar partiyalarının nümayəndələri ölkənin mənafeyi naminə birgə çalışmalıdırlar. […]
-
Mauro İkardi “Qalatasaray”ın tarixinə düşüb
Bakı, 8 fevral, AZƏRTAC İstanbulun “Qalatasaray” klubunun futbolçusu Mauro İkardi komandanın tarixində ilkə imza atıb. […]
-
“Şamaxı” klubu “Zirə”nin yarımmüdafiəçisini transfer edib
Bakı, 8 fevral, AZƏRTAC “Zirə” klubunun futbolçusu Ramin Əhmədov “Şamaxı”ya keçib. AZƏRTAC xəbər verir ki, […]