“Azərkosmos”un ixrac gəlirləri 26% azalıb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

“Azərkosmos”un ixrac gəlirləri 26% azalıb

Bu ilin yanvar-avqust aylarında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik (“Azərkosmos”) 45 ölkəyə 12,7 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edib.

“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın sentyabr sayında bildirilir.

Sənədə əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə xidmət ixrac edilən ölkələrin sayı doqquz vahid artıb, ixrac gəlirləri isə 4,5 milyon ABŞ dolları (26,2%) azalıb.

Səkkiz ay ərzində “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 78%-ni təşkil edib.

Hesabat dövründə peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində 3,6 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 2,7 milyon ABŞ dolları ilə Lüksemburq, 1,1 milyon ABŞ dolları ilə BƏƏ, 713,2 min ABŞ dolları ilə Almaniya və 539,9 min ABŞ dolları ilə Nigeriya qərarlaşıb.

Təkcə avqustda isə “Azərkosmos” 40 ölkəyə 1,5 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top