
“Azərişıq” Laçının bir neçə kəndində yenidənqurma işləri aparır – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən, “Azərişıq” ASC Laçın rayonunun bir neçə kəndində yenidənqurma işləri həyata keçirir.
Bu barədə “Azərişıq” ASC məlumat yayıb.
Bildirilir ki, hazırda Cağazur, Qorçu və Qaragöl istiqamətlərində elektrik şəbəkələri yenilənir.
Ümumilikdə görülən digər işlərlə yanaşı Laçın şəhəri daxilində yeraltı xətlərin çəkilişi davam edir. Eyni zamanda Şəlvə, Qaragöl, Zağazur və Minkənd istiqamətlərinə çəkilən 35 kV-luq hava xətti də tamamlanmaq üzrədir.
Qeyd edək ki, “Azərişıq” elektrik təsərrüfatının yenidənqurulması ilə bağlı işləri ölkənin bütün regionlarında paralel olaraq davam etdirir.
BƏNZƏR MƏQALƏLƏR
-
“On ay ərzində 21 sahibkarlıq subyektinə sənaye zonalarının rezidenti statusu verilib”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “2023-cü ilin 10 ayında 21 sahibkarlıq subyektinə sənaye […]
-
Ələt Azad İqtisadi Zonasında karqo terminalları yaradılacaq
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Ələt Azad İqtisadi Zonasında karqo terminallarının yaradılması barədə […]
-
Bakıda Kiçik və Orta Sahibkarlıq üzrə Dünya Forumu keçirilib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Bakıda Qlobal Sahibkarlıq Həftəsi çərçivəsində Kiçik və Orta […]