“Azərişıq” ASC Hannover şəhərində keçirilən “HANNOVER MESSE-2022” sərgisində təmsil olunub – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

“HANNOVER MESSE-2022” sərgisi

“Azərişıq” ASC Hannover şəhərində keçirilən “HANNOVER MESSE-2022” sərgisində təmsil olunub

Stenddə iki əsas istiqamətdə yenilikıər təqdim edilib. Onlardan birincisi işğaldan azad olunmuş ərazilərdə tətbiq olunan yeni texnologiyalar və innovasiyalar, ikincisi isə “Azərişıq” ASC-nin fəaliyyəti, innovativ enerji həlləri və naliyyətləridir.

Bu istiqamətlər üzrə qurum Şuşa şəhərində yeni Rəqəmsal İdarəetmə Mərkəzi və müasir ikipilləli 35/0,4kV-luq şəbəkənin tətbiqi, 110/35/0,4 kV-luq şəbəkələri tam əhatə edən müasir SK-11 SCADA dispetçer idarəetmə sisteminin tətbiqi və s. Uğurları sərgiləyib.

“Azərişıq” ASC-nin ölkə əhalisini fasiləsiz, keyfiyyətli elektrik enerjisi ilə təmin etmək və yüksək səviyyəli xidmət göstərmək məqsədilə son illərdə həyata keçirdiyi yeni innovativ fəaliyyətin istiqamətləri, o cümlədən genişmiqyaslı yenidənqurma və təmir işləri, ağıllı (smart) sayğacların quraşdırılması, yeni yarımstansiyaların və Transformator Mərkəzlərinin tikintisi haqqında video çarx və bülletenlər sərgi ziyarətçilərinə təqdim olunub.

Qeyd olunan sərgidə energetika sahəsinə dair rəqəmsal enerji, enerji səmərəliliyi, yaşıl enerji həlləri, neytral karbon istehsalı və enerji təchizatı, hidrogen və yanacaq məhsullarının istismarı kimi mövzular əhatə olunub.

Məlumata görə, “HANNOVER MESSE-2022” beynəlxalq sərgisinin əsas predmeti hazırda sənaye və biznesin sürətli inkişafı üçün açar meyarlar hesab olunan – rəqəmsallaşma və davamlılığa yönəldilib. Sərgidə “Amazon Web Services” (AWS), “Baumüller Nürnberg”, “Schneider Electric”, “İnter Systems”, “Smart Factory”, “Siemens” və s. kimi qabaqcıl dünya şirkətləri iştirak edib.

Sözügedən tədbirdə “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti digər sərgi iştirakçıları Katko, Shandong, b2Eelectronics, Industria Metalurgica şirkətləri ilə eyni bölmədə yer alıb.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top