“Azəriqaz” yerli istehsallı qaz sayğaclarının kütləvi tətbiqinə başlayır - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

“Azəriqaz” yerli istehsallı qaz sayğaclarının kütləvi tətbiqinə başlayır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

SOCAR “Azəriqaz” İstehsalat Birliyi abonentlərinin yerli istehsallı sayğaclardan istifadəsinə başlayır.

APA xəbər verir ki, bunu SOCAR “Azəriqaz” İB-nın rəhbəri Ruslan Əliyev “Açıq qapı” aksiyası çərçivəsində bildirib.

Onun sözlərinə görə, bu məqsədlə “Gəncə Cihazqayırma Zavodu” ASC ilə müvafiq müqavilə imzalanıb.

“Bu gündən etibarən istehsalata verilən sayğaclar yerli sayğaclar olacaq, istehsalçı da “Gəncə Cihazqayırma Zavodu”dur”, – Ruslan Əliyev qeyd edib.

Onun sözlərinə görə, 2023-cü ilin qalan sayğac miqdarı və 2024-cü il üzrə müəyyən sayğac miqdarı “Gəncə Cihazqayırma Zavodu” istehsalı hesabına olacaq.

Qeyd olunub ki, imzalanan müqavilə yerli sahibkarlığın stimullaşdırılması, “Azəriqaz” üçün sayğaclarla bağlı olan məsələlərdə əlçatanlılığı (servis, logistika, məsafə yaxınlığı və s.) təmin etməklə, nəticədə abonentlərin məmnunluğuna xidmət edəcək.

Bildirilib ki, iki qurum arasında imzalanan müqavilə 290 minə yaxın qaz sayğacının istehsalını nəzərdə tutur. 

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top