“Azərikimya” İstehsalat Birliyinin komandası qalib oldu! – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

“Azərikimya” İstehsalat Birliyinin komandası qalib oldu!

Kimyaçılar “Səmti müəyyənetmə” yarışından əlidolu qayıtmışlar

Economic-ə verilən məlumata görə, 25 aprel 2017-ci il tarixində “Neftçi İdman Klubu” İctimai Birliyinin təşkilatçılığı ilə SOCAR-ın tabeçiliyində fəaliyyət göstərən neft, qaz, kimya sənayesi işçiləri və digər təşkilatların əməkdaşları arasında “Səmti müəyyənetmə” yarışı keçirilmişdir.

Sağlam həyat tərzinin təbliğ olunması məqsədini daşıyan yarışlarda SOCAR-ın tabeçiliyində fəaliyyət göstərən idarə və müəssisələrdən 11, fövqəladə hallar nazirliyinin də 1 komandası daxil olmaqla ümumilikdə 12 komandaiştirak etmişdir.

Bakı Beynəlxalq Avtovağzalın ətraf ərazisində keçirilən, gərgin və maraqlı idman mübarizəsi ilə müşayiət olunanyarışlarda “Azərikimya” İstehsalat Birliyinin komandası fəallıq, dözümlülük nümayiş etdirərək, qələbə əzmini əldən verməmiş və nəticə etibarilə birinci yerin sahibi olmuşdur. “28 may” NQÇİ və FHN-in komandaları isə müvafiq olaraq ikinci və üçüncü yerlərə layiq görülmüşlər.

Qalib komandalar “Neftçi İdman Klubu” İctimai Birliyi tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top