“Azərikimya” İstehsalat Birliyi tərəfindən elan olunmuş müsabiqəyə yekun vuruldu!
Etilen-polietilen zavodunda iki aylıq ödənişli istehsalat təcrübəsi keçmək üçün “Azərikimya” İstehsalat Birliyinin SOCAR-ın İnsan Resursları Departamenti ilə birlikdə 2017-ci ilin yanvar ayında elan etdiyi müsabiqəyə yekun vurulmuşdur.
Mühəndis-mexanik, mühəndis-energetik, nəzarət ölçü cihazlari və avtomatika üzrə mühəndis, mühəndis-texnoloq və kimyaçı ixtisasları üzrə elan olunmuş müsabiqədə əsasən Sumqayıt şəhərində qeydiyyatda olan 146 nəfər bakalavr təhsilli gənc iştirak etmişdir. SOCAR-ın İnsan Resursları Departamentinin nümayəndələrinin və “Azərikimya” İB Etilen-polietilen zavodunun mütəxəssisləri tərəfindən keçirilən ilkin seçim turunda fəal olan və sualları düzgün cavablandıran 31 nəfər “Azərikimya”da iki aylıq ödənişli təcrübə hüququ qazanmışdır.
Aprelin 3-də “Azərikimya” İB-nin Etilen-polietilen zavodunda istehsalat təcrübəsinə başlayacaq 31 nəfər gənclə görüş keçirilmişdir. Zavodun direktoru Oqtay Niftəliyev gənc mütəxəssis¬ləri salamlamış, onlara təcrübə müddətində uğurlar arzulamışdır. Müəssisənin aparıcı mütəxəssisləri gənclərə istehsalat sahələri haqqında ətraflı məlumat vermiş, onlar video-çarx vasitəsilə mövcud istehsalat sahələri ilə tanış olmuşlar. Gənc kadrlar əməyin mühafizəsi və təhlükəzizlik texnikası üzrə təlimatlandırıl¬dıqdan sonra müəssisənin Piroliz qazının sıxılması və təmizlənməsi, Qazayırma, Etilenin qəbulu və sıxılması, Sintez, Metroloji təminat və avtomatika, Elektrik avadanlıqlarının təmiri və istismarı, Buxar və elektrik enerjisi istehsalatı sahələrində, İstehsalata və keyfiyyətə nəzarət, həmçinin Elektrotexniki laboratoriyalarında mütəxəssislərin nəzarəti altında təcrübəyə başlamışlar.
BƏNZƏR MƏQALƏLƏR
-
Alman şirkətlərinin sənaye zonalarına investisiya yatırması imkanları müzakirə edilib
Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ralf Horleman və Səfirliyin əməkdaşları ilə Sumqayıt Kimya Sənaye […]
-
Ağdam Sənaye Parkının rezidentləri tikinti işlərinə başlayıb
İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Ağdam Sənaye Parkının rezidentləri tikinti işlərinə başlayıb. Sənaye […]
-
İstehlaka yararsız qida məhsulları məhv edilib
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, eləcə də qida zəncirinin bütünlüklə qida təhlükəsizliyinin […]