
Azərenerji”: Ağdamda iki yarımstansiya tikilir
Ağdam rayonunun Azərbaycanın ümumi enerji sisteminə qoşulması, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi məqsədilə dövlətimizin başçısının tapşırığına uyğun olaraq “Azərenerji” ASC tərəfindən kompleks işlər həyata keçirilir.
Ağdamda böyük layihələrin gerçəkləşəcəyi nəzərə alınmaqla rayon ərazisində 2 ədəd 110/35/10 kilovoltluq “Ağdam-1” və “Ağdam-2” yarımstansiyaları tikilir. “Ağdam-1” yarımstansiyası rayon mərkəzinin girişində, keçmiş avtovağzalın yanında, “Ağdam-2” yarımstansiyası isə rayonun Əsgərana yaxın Şelli kəndi istiqamətində inşa edilir. Ən əsası sözügedən yarımstansiyalara “Xındırıstan” yarımstansiyasından 40 kilometr məsafədə ikidövrəli 110 kilovoltluq yüksəkgərginlikli elektrik verilişi xətti çəkilir. Bundan əlavə “Ağdam-1” yarımstansiyasının yaxınlığında “Azərenerji”nin Qarabağ Regional idarəetmə mərkəzi də tikilir ki, burada ən müasir rəqəmsal avadanlıqlar yerləşdirilməklə işğaldan azad edilən rayonların avtomatik idarəetməsi reallaşdırılacaq.
“Ağdam-1” yarımstansiyasında işlər sürətlə aparılır. “Ağdam-2” yarımstansiyasında isə işlərin artıq böyük hissəsi görülüb, tikinti yekunlaşma mərhələsinə daxil olub. 40 kilometr məsafədə çəkilən 110 kilovoltluq elektrik verilişi xəttinin, o cümlədən “Ağdam-1”, “Ağdam-2” yarımstansiyalarının, eləcə də burada inşa edilən Qarabağ Regional İdarəetmə Mərkəzinin tikintisinin yaxın aylarda yekunlaşdırılması planlaşdırılıb.
BƏNZƏR MƏQALƏLƏR
-
İnam Kərimov Sabirabad rayonunda fermerlərlə görüşüb
Kənd təsərrüfatı naziri İnam Kərimov Sabirabad rayonunda təsərrüfatlara baş çəkib, fermerlərlə görüşüb Əkin sahələrində taxıl […]
-
Daha bir Vətən müharibəsi iştirakçısına vəzifə verildi
Xaçmaz Rayon İcra Hakimiyyətində Vətən müharibəsi iştirakçısına vəzifə verilib. Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur […]
-
Diaspor nümayəndələrinin Şuşaya növbəti səfər edib
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və təşkilatçılığı ilə bir qrup diaspor nümayəndəsi Şuşaya səfər […]