![](https://economic.az/uploads/2024/03/W1siZiIsIjIwMjQvMDMvMDcvMTIvMjIvMzQvYjE0ODY3NWMtMDExMi00YTYwLTllYmYtNDgzMTk5NzkwMGMyLzQzMDE4MzE3Nl8xNTc2MTkwODE5Nzk0ODAyXzY3OTc2Mjc2MzczOTUyMzM4NjVfbi5qcGciXV0-1024x683.jpeg)
Azərbaycanla Rusiya arasında aviareyslər artırılır: Yeni iki şəhər marşrutlara əlavə edildi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Aprelin 3-dən Rusiyanın Çelyabinsk şəhəri və Bakı arasında müntəzəm reyslər açılacaq.
Bu barədə Çelyabinskin Kurçatov hava limanının Mətbuat Xidməti məlumat yayıb.
Bildirilir ki, artıq bu marşrut üzrə xidmət göstərən “İrAero” aviaşirkəti biletlərin satışına başlayıb.
“Superjet 100” aprelin 3-dən oktyabrın 23-dək hər çərşənbə günü iki reys (gediş-dönüş) yerinə yetirəcək. Bakıdan Çelyabinskə uçuş yerli vaxtla saat 13:00-dadır. Gəliş yerli vaxtla saat 16:50-dədir. Çelyabinskdən gediş elə həmin gün saat 18:00-dadır. Gəliş – 20:00. Uçuş müddəti üç saatdır”, – deyə məlumatda vurğulanıb.
Bundan əlavə, “İrAero” aviaşirkəti Krasnoyarskdan Azərbaycana əlavə reys açır.
Regional paytaxtın Beynəlxalq Hava Limanının Mətbuat Xidmətindən verilən məlumata görə, ilk reys aprelin 3-də baş tutacaq, bundan sonra çərşənbə və bazar günləri Bakıya uçmaq mümkün olacaq. Uçuş müddəti təxminən 5 saat olacaq.
BƏNZƏR MƏQALƏLƏR
-
Tarix və mədəniyyətimizin qorunduğu məkanlar – Atropatenadan bu günədək
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Hər il mayın 18-i dünya ölkələrində Beynəlxalq Muzeylər […]
-
AZAL ilə Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsətini qaçırmayın
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Azərbaycanın milli aviadaşıyıcısı AZAL 2024-cü il mayın 31-nə […]
-
Bakı-Dubay reysi ilə bağlı AZAL-dan AÇIQLAMA
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakı-Dubay marşrutu üzrə J2 […]