Azərbaycanın tanınmış güləşçisi karyerasını başa vurub – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Azərbaycanın tanınmış güləşçisi karyerasını başa vurub

Paris, 11 avqust, Elnur Salahov, AZƏRTAC

Azərbaycanın tanınmış sərbəst güləşçisi Hacı Əliyev peşəkar idmançı karyerasını başa vurub.

AZƏRTAC xəbər verir ki, 34 yaşlı idmançı bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.

Titullu güləşçimiz “Bu da son” yazaraq idmanla vidalaşdığını açıqlayıb.

Qeyd edək ki, Hacı Əliyev Olimpiya Oyunlarının gümüş və bürünc mükafatçısı, üçqat dünya və dördqat Avropa çempionudur.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top