Azərbaycanın Qazaxıstandakı səfiri Kurık dəniz limanına baş çəkib
Astana, 5 sentyabr, AZƏRTAC
Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov strateji əhəmiyyətli Orta dəhlizin mühüm nəqliyyat qovşaqlarından biri hesab olunan Kurık dəniz limanını ziyarət edib.
Bu barədə AZƏRTAC Azərbaycanın Qazaxıstandakı səfirliyinə istinadla xəbər verir.
“Limanın baş direktoru Serik Axmetov liman ərazisinin əməliyyat imkanları, habelə tranzit və yükaşırma potensialı barədə ətraflı məlumat verib. Görüş zamanı Orta dəhliz boyunca tranzit yükdaşımaları sahəsində hazırda müşahidə olunan müsbət dinamikanın qorunub saxlanılması və daha da inkişaf etdirilməsi perspektivləri ətrafında faydalı fikir mübadiləsi aparılıb”, – məlumatda deyilir.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]