Azərbaycanın kişi voleybolçuları Belçika yığmasına məğlub olub – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Azərbaycanın kişi voleybolçuları Belçika yığmasına məğlub olub

Bakı, 24 avqust, AZƏRTAC

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının təsnifat mərhələsində növbəti oyununu keçirib.

AZƏRTAC xəbər verir ki, Fərid Cəlalovun rəhbərlik etdiyi kollektiv Bakıda Belçika yığması ilə üz-üzə gəlib.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunan görüşə qonaqlar üstün başlayıblar. Təşəbbüsü sonadək qoruyan rəqib komanda meydandan quru hesablı qələbə ilə ayrılıb. Beləliklə, yığmamız yarışdakı ikinci matçında 0:3 hesabı ilə məğlub olub.

Qeyd edək ki, Azərbaycan seçməsi Avro-2026-nın seçmə mərhələsində Avstriya və Belçika komandaları ilə birgə B qrupunda mübarizə aparır. Yarışın formatına uyğun olaraq komandaların digər iki qarşılaşması 2025-ci ilin avqustunda baş tutacaq. Bu mərhələdə 21 yığma (7 qrup) çıxış edir. Qrup qalibləri və ən yaxşı nəticə ilə ikinci olacaq 5 komanda Avropa çempionatında iştirak hüququ qazanacaq.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top