Azərbaycanın Gürcüstanla transsərhəd əraziləri UNESCO-nun İrs Siyahısına salına bilər – FOTO
“Hirkan” Milli Parkı bu yaxınlarda UNESCO-nun Dünya İrs Siyahısına salınıb. Bundan sonra digər xüsusi mühafizə olunan, transsərhəd ərazilərimizin bu siyahıya salınması məsələlərini Gürcüstanla birgə müzakirə edəcəyik”.
Bu fikirləri “Report”un Gürcüstan bürosuna açıqlamasında ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.
Onun sözlərinə görə, Azərbaycanın bioloji müxtəlifliyin qorunması, meşələrin mühafizəsi sahəsində Gürcüstanla çox sıx əməkdaşlıq əlaqələri var.
V.Kərimov bildirib ki, Gürcüstanda meşə qanunvericiliyi ilə bağlı çoxlu təkmilləşmələr aparılıb:
“Azərbaycan qanunvericiliyinə nisbətən Gürcüstanın daha liberal, daha yumşaq meşədən istifadə ilə bağlı qanunverici imkanları var. Onları öyrənib ölkəmizdə tətbiq etmək istəyirik”.
“Qlobal iqlim dəyişikliyi ilə bağlı dəyişikliklərdə Gürcüstanla bağlı çağırışlarda əməkdaşlığın olunması, su məsələləri ilə bağlı mümkün əməkdaşlıq imkanlarına baxılması da müzakirə ediləcək mövzular sırasındadır”, – nazir müavini vurğulayıb.
BƏNZƏR MƏQALƏLƏR
-
Azərbaycan nefti cüzi bahalaşıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti […]
-
“Yüksəliş” müsabiqəsinin qabiliyyət imtahanı start götürdü
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Dördüncü dəfə təşkil olunan “Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin […]
-
“Məzun günü” üçün restoranlarda yer tapılmır – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Məzun günü”nə sayılı günlər qaldığından restoranlara tələbat artıb. […]