Azərbaycanın çimərlik voleybolu üzrə milli komandaları beynəlxalq turnirdə iştirak edəcəklər – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Azərbaycanın çimərlik voleybolu üzrə milli komandaları beynəlxalq turnirdə iştirak edəcəklər

Bakı, 12 avqust, AZƏRTAC

Azərbaycanın 18 yaşadək oğlan və qızlardan ibarət çimərlik voleybolu üzrə milli komandaları Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında güclərini sınayacaqlar.

Azərbaycan Voleybol Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, hər iki yığma bu gün yarışın keçiriləcəyi Latviyanın Cesis şəhərinə yola düşüb.

Çimərlik voleybolu üzrə qızlardan və oğlanlardan ibarət komandalarımız 18 yaşlıların (U-18) Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA ) çempionatında güclərini sınayacaqlar.

Avqustun 13-dən 15-dək keçiriləcək yarışda ölkəmiz bir qız (Səbinə Əlizadə/Lizi Latsabidze) və bir oğlan (Nəriman Bayramlı/Muhammad Aslanlı) komandası ilə təmsil olunacaq.

Qeyd edək ki, yarışda ölkəmizlə yanaşı, Estoniya, Ukrayna, Polşa, Litva, Latviya komandaları da iştirak edəcəklər.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top