
Azərbaycanın cənub bölgəsində turizmin inkişafı üçün Antalya modelindən istifadə olunacaq
“Azərbaycanın cənub bölgəsində turizmin inkişafı üçün Antalya modelindən istifadə olunacaq”.
Bunu “Report”un Türkiyəyə ezam olunmuş əməkdaşına açıqlamasında Antalyada səfərdə olan Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndə heyətinin üzvü, deputat Rəşad Mahmudov deyib.
O bildirib ki, bununla bağlı ikitərəfli danışıqlara başlanılıb:
“İlk mərhələdə türkiyəli iş adamları Astara şəhərinə dəvət olunacaqlar. Hətta Antalyanın ən böyük bələdiyyələrindən olan – Kəpəz bələdiyyəsi ilə qardaşlıq şəhər anlaşmasının imzalanması nəzərdə tutulur”.
R.Mahmudov vurğulayıb ki, ilk olaraq regiondakı bələdiyyələrin iş mexanizmi öyrəniləcək:
“Antalya iş adamlarının Astaraya gələrək ora investisiya qoyaraq turizmin inkişafına töhfə vermiş olacaqlar”.
Ədalət və İnkişaf Partiyasından millət vəkili İbrahim Hətəmtaş isə deyib ki, iyul ayında Kəpəz bələdiyyəsinin nümayəndə heyəti Astaraya səfər planlaşdırılır:
“Məqsəd Antalya modelinin Astarada tətbiqi və qardaşlaşmış şəhər anlaşmasının imzalanmasıdır”.
BƏNZƏR MƏQALƏLƏR
-
Türk Hava Yolları Qətərə satılır? – FOTO
Türk Hava Yollarında (THY) mətbuat üzrə müşavir Yəhya Üstün şirkətin Qətərə satılması ilə bağlı məsələyə […]
-
Türkiyəyə gedən azərbaycanlıların sayı artıb
Cari ilin yanvar-aprel aylarında Türkiyəyə 52 min 398 nəfər azərbaycanlı səyahət edib. Oxu.Az Türkiyənin Mədəniyyət […]
-
“Yaşıl enerji və təmiz ətraf mühit” mövzusunda ictimai müzakirə təşkil olunub – YENİLƏNİB + FOTO
Mayın 30-da Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və […]