Azərbaycanın bank və sığorta sektorları intensiv əməkdaşlığa başlayırlar
“Azərbaycan Banklar Assosiasiyası” (ABA) və “Azərbaycan Sığortaçılar Assosiasiyası” (ASA) İctimai Birlikləri əhalinin və biznesin müxtəlif xarakterli risklərə qarşı müdafiəsinin gücləndirilməsi məqsədilə genişmiqyaslı intensiv əməkdaşlıq platforması formalaşdırıblar.
“Report” xəbər verir ki, platforma bank müştərilərinin həyatı, sağlamlığı və əmlakı ilə bağlı mövcud olan risklərə qarşı sığorta təminatının genişləndirilməsini, bu məqsədlə müştərilərə dəyər qazandıran sığorta məhsullarının birgə inkişaf etdirilməsini və müştərilərə təqdim edilməsini nəzərdə tutur.
Bu məqsədlə birgə layihə şurası təsis edilib, müxtəlif ekspert işçi qrupları yaradılıb. Platforma çərçivəsində ilk olaraq istehlak krediti müştərilərinin həyat sığortasının genişləndirilməsi nəzərdə tutulub. İstehlak krediti üzrə həyat sığortası müştərilərin ölüm və əlillik risklərinə sığorta təminatını əhatə edir. Bu məqsədlə uğurlu dünya təcrübələri dərindən öyrənilib, yerli xüsusiyyətlər tədqiq edilib, bu əsasda istehlak kreditləri müştəriləri üçün həyat sığortası mexanizminin daha əlverişli şərtlərlə formalaşdırılması qərara alınıb. Yaxın zamanlarda kredit həyat sığortası ilə bağlı yeni şərtlər tamamlandıqdan sonra ictimaiyyətə ətraflı məlumat veriləcək.
Azərbaycan Mərkəzi Bankı ölkədə maliyyə sabitliyinin qorunması, habelə maliyyə bazarlarının uzunmüddətli perspektivə hesablanmış və dayanıqlı inkişafının təmin olunması məqsədilə silsilə məqsədyönlü addımlar atır. Qurumun intellektual dəstəyi ilə banklar və sığortaçılar arasında formalaşdırılan yeni əməkdaşlıq platforması da bu addımlardandır.
BƏNZƏR MƏQALƏLƏR
-
Azərbaycan nefti cüzi bahalaşıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti […]
-
“Yüksəliş” müsabiqəsinin qabiliyyət imtahanı start götürdü
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Dördüncü dəfə təşkil olunan “Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin […]
-
“Məzun günü” üçün restoranlarda yer tapılmır – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Məzun günü”nə sayılı günlər qaldığından restoranlara tələbat artıb. […]