
Azərbaycanın “AZCHEMCO” şirkəti İstanbulda keçirilən “Argus” konfransında öz layihələrini təqdim etdi – FOTO
Bu gün İstanbulda Xəzər, Qara dəniz və Şərqi Avropa bazarları üçün “Argus Fertilizers 2023. Caspian, Black Sea and Eastern European markets” 5-ci yubiley beynəlxalq konfransı işə başlayıb.
Bu barədə “Report” məlumat verib.
Məlumata görə, konfransın tərəfdaşları qismində “Quest Group”, “Indorama”, “IK Group”, “Amanat Group”, “Altin Ates Group”, “Uzkimyoimpeks”, “Ferkensco”, “Wondernet Express Investment Group”, “Kazphosphate”, “KazAzot”, “AZCHEMCO”, “ADY Express”, “Everest Energy”, “CIM Banque” və “Integral Group” çıxış ediblər.
“AZCHEMCO” şirkətinin direktoru Ruslan Akçurin günün ikinci sessiyasındakı çıxışında suda həll olunan və maye gübrələrin, aqrokimyəvi preparatların istehsalı üzrə şirkətin plan və layihələrini, eləcə də şoran torpaqların bərpası üzrə şirkətin metod və texnologiyalarını ictimaiyyətə təqdim edib. O, şirkətin son zamanlar əldə etdiyi nailiyyətlər sırasında Azərbaycan Nazirlər Kabinetinin qida məhsullarında kimyəvi izlərin olmasına qadağa haqqında qərarının tələblərinə tam cavab verən “V32S” innovativ maye azot gübrəsinin yaradılmasını və AZS 932:2023 “Gübrələr-Maye” birinci dövlət standartı birgə layihəsinin yaradılmasını vurğulayıb.
Konfransda həmçinin “SOCAR”, “Dreymoor Fertilizers Overseas”, “KazMunayGas”, “KAZPHOSPHATE”, “SGS” və bir çox başqa şirkətlər də iştirak edir.
“Argus Fertilizers 2023. Caspian, Black Sea and Eastern European markets” regionda ən böyük beynəlxalq tədbirdir və əsas gübrə istehsalçılarını, ticarət və nəqliyyat şirkətlərini, infrastruktur sahiblərini, yükgöndəricilərini, ixracatçıları, bank və maliyyə təşkilatlarını, aidiyyəti dövlət qurumlarının geniş spektrini bir araya gətirir.
BƏNZƏR MƏQALƏLƏR
-
Vətəndaşlara xəbərdarlıq: “Külli miqdarda SAXTA QIZIL satışa çıxarılıb”
“Ölkəmizin qızıl məmulatları bazarında külli miqdarda saxta və aşağı keyfiyyətli mallar var. Çünki bu sahəyə […]
-
Bu gün Lənkəranda qaz olmayacaq
Bu gün Lənkəran rayonunun qaz təchizatında fasilə yaranacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) […]
-
Nazir: “Kənd təsərrüfatı türk dövlətlərinin iqtisadi gücünün əsas mənbələrindəndir”
“Türk dövlətləri dünya miqyasında böyük iqtisadi gücə malikdir. Kənd təsərrüfatı bu iqtisadi gücün əsas mənbələrindən […]