“Azərbaycanım” Beynəlxalq VII Uşaq və Gənc Rəsm Festivalının iştirakçıları ilə görüş olub – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

“Azərbaycanım” Beynəlxalq VII Uşaq və Gənc Rəsm Festivalının iştirakçıları ilə görüş olub

Salyan, 15 iyun, Aydın Yavərzadə, AZƏRTAC

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin Salyan Dövlət Rəsm Qalereyasında “Azərbaycanım” Beynəlxalq VII Uşaq və Gənc Rəsm Festivalının iştirakçıları ilə görüş keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüşdə mədəniyyət müəssisələrinin rəhbərləri, rəssamlar, təhsil işçiləri, ictimaiyyət və valideynlər iştirak edib. Salyan Dövlət Rəsm Qalereyasının direktoru Kürçaylı Məmmədov Bakı Xətai Sənət Mərkəzində keçirilən festival haqqında məlumat verib. O, bildirib ki, 28 May – Müstəqillik Gününə həsr olunan “Azərbaycanım” Beynəlxalq VII Uşaq və Gənc Rəsm Festivalı çərçivəsində elan olunan müsabiqəyə 2500-ə yaxın 8-21 yaşlı rəssam qatılıb. Salyan Dövlət Rəsm Qalereyasının 18 nəfər rəssam dərnək üzvünün əsəri seçilərək müsabiqələrə buraxılıb və sərgilərdə nümayiş olunub. Müsabiqənin respublika və xarici dövlətlər üzrə 13-16 yaş arasında onluğa düşən Qalereyanın dərnək üzvü, gənc rəssam Aytən Abasova festivala dəvət olunub. Gənc rəssam Salyan Dövlət Rəsm Qalereyasını “Yasəmən” tablosu ilə təmsil edib.

Bakı Xətai Sənət Mərkəzində keçirilən festivalda Salyan Dövlət Rəsm Qalereyasının üzvləri Nərmin Məmmədovanın “Çiçək dənizi”, Aysun Rəhimovanın “Güldanda gül”, Fəridə Muradovanın “Zanbaqlar” , Lətifə Salmanovanın “Yasəmən natürmortu”, Aytən Abasovanın “Yasəmən”, Fəxriyyə Kərimovanın “Günəbaxanlar arasında”, Ayşən Əliyevanın “Sarı lalə çiçəkləri”, Yasəmən Əhmədovanın “Qızılgüllərin rəqsi”, Aylin Əlizadənin “Orkide”, Gülcənnət Əliyevanın “Yasəmənlər”, Fatimə Ələkbərlinin “Baharın ətri”, Məryəm Məmmədovanın “Vazada güllər” , Sevinc Yusifovanın “Çiçəkli qız”, Tərbiyə Gözəllinin “Bir səbət çiçək” , Aysel Kərimovanın “Xarı bülbül”, Almaz Əliyevanın “Qarışıq güllər”, Günay Nəcəfovanın “Qızılgüllər”, Sevda Tağızadənin “Güldandakı güllər” əsərləri sərgilənib.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top