Azərbaycanı Olimpiadada təmsil edəcək şahmatçılar bəlli olub – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Azərbaycanı Olimpiadada təmsil edəcək şahmatçılar bəlli olub

Bakı, 7 iyul, AZƏRTAC

Macarıstanın paytaxtı Budapeşt şəhərində keçiriləcək Ümumdünya Şahmat Olimpiadasında iştirak edəcək Azərbaycan təmsilçiləri müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, mötəbər yarışda ölkəmizi kişilərdə 6, qadınlarda isə 5 iti zəka sahibi təmsil edəcək: “Kişilərdə Teymur Rəcəbovun iştirakı yenilik olacaq. O, həmçinin komandanın kapitanı kimi çıxış edəcək. Kollektivdə Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Nicat Abbasov, Məhkəməd Muradlı və Aydın Süleymanlı da yer alacaq. Qadınlarda isə Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva və Gülnar Məmmədzadə medallar uğrunda mübarizə aparacaqlar.

Qeyd edək ki, Şahmat Olimpiadası sentyabrın 10-dan 23-dək davam edəcək.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top