
Azərbaycandan tranzit keçən nəqliyyat vasitələrinə görə yol vergisi tutulacaq – VİDEO
Azərbaycanda ölkə ərazisinə tranzit məqsədilə daxil olan nəqliyyat vasitələrinə münasibətdə yol vergisi tətbiq olunacaq.
“Report” xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.
Məcəllənin 209-cu maddəsinə dəyişiklik edilməsi ilə bağlı edilən təklifə görə, ölkə ərazisinə daxil olan və həmin ərazidən sərnişin və yük daşınması üçün istifadə edən nəqliyyat vasitələrinin sahibləri olan qeyri-rezident şəxslər, habelə ölkə ərazisində avtomobil benzininin, dizel yanacağının və maye qazın istehsalı və ya idxalı ilə məşğul olan şəxslər yol vergisinin ödəyiciləridir.
Mövcud məcəlləyə görə isə Azərbaycan ərazisindən sərnişin və yük daşınması üçün istifadə edən nəqliyyat vasitələrinin sahibləri olan qeyri-rezidentlər yol vergisi ödəyicisidir.
BƏNZƏR MƏQALƏLƏR
-
Britaniyanın enerji təhlükəsizliyi üzrə səfiri: “Azərbaycanın əsas enerji tərəfdaşı olmaq istəyirik” – FOTO
Böyük Britaniya Azərbaycanda ən böyük sərmayədar və uzun illərdir ölkənin ən böyük ticarət tərəfdaşlarından biridir. Ölkələr […]
-
Əmanətlərdən gələn gəlirlərə tətbiq edilən vergi heç bir istiqamətdə əngəl yaratmayacaq
Pərviz Heydərov yazır… Banklara yerləşdirilən əmanətlər üzrə gəlirlərdən vergi tutulmasının bərpası əhalidə narazılıq doğurub. Bunun […]
-
SOCAR və “Qazprom” arasında ikitərəfli əməkdaşlığın inkişaf istiqamətləri müzakirə olunub
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf və “Qazprom”un rəhbəri Aleksey Miller Rusiya və […]