Azərbaycanda yeni doğulan uşaqlara 300 AZN veriləcək – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Azərbaycanda yeni doğulan uşaqlara 300 AZN veriləcək

Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin artırılması əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edəcək.

Sonxeber.az Trend-ə istinadla xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində növbəti iclasında Musa Quliyev deyib.

O qeyd edib ki, maliyyə vəsaitinin böyük əksəriyyəti əmək pensiyaları üzrə maddi yardıma əmək haqqı və sosial müavinətlər üzrə ödənişlərin maliyyələşdirilməsi üçün sərf ediləcək.

M.Quliyev vurğulayıb ki, uşağın anadan olmasına görə müavinətlərə ayrılan vəsaitin daha 4 milyon manat artırılaraq 24 milyon manata çatdırılması nəzərdə tutulur.

Onun sözlərinə görə, bu artım uşağın doğulmasına görə müavinətin məbləğinin bu ilin əvvəlindən 200 manatdan 300 manata çatdırılması ilə əlaqədardır.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top