
Azərbaycanda vəfat edən şəxsin ipoteka krediti borcunun ödənilməsi qaydası müəyyənləşdi – QƏRAR
Azərbaycanda vəfat edən şəxsin ipoteka krediti borcunu vərəsələri ödəyəcək.
“Report” xəbər verir ki, Konstitusiya Məhkəməsi Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında bununla bağlı qərar qəbul edib.
Qərara əsasən, Mülki Məcəlləyə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar.
Eyni zamanda Mülki Məcəllə və “İpoteka haqqında” qanuna uyğun olaraq, əsas öhdəlik üzrə borclu, o cümlədən əsas borclunun ölümü halında vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə (əsas öhdəlik pozulduqda) kreditor ipoteka predmetinə tutmanın yönəldilməsi barədə iddia qaldıra bilər.
BƏNZƏR MƏQALƏLƏR
-
SOCAR və Avropa Komissiyası Cənub Qaz Dəhlizinin genişləndirilməsi məsləsini müzakirə edib – FOTO
SOCAR və Avropa Komissiyası Cənub Qaz Dəhlizinin genişləndirilməsi məsələsini müzakirə edib. Oxu.Az xəbər verir ki, […]
-
SOCAR-ın prezidenti “Petrovietnam” şirkətinin vitse-prezidenti ilə görüşdü – FOTO
Mayın 31-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf “Petrovietnam” şirkətinin vitse-prezidenti Le […]
-
Sürücülərin kondisioner ustalarına müraciətləri artdı, xidmət bahalaşdı – VİDEO
Havalar isindiyindən sürücülərin kondisioner ustalarına müraciətləri artıb. Xezerxeber.az-ın məlumatına görə, uzun illərdir kondisioner ustası işləyən […]