Azərbaycanda tikinti sahəsi üzrə yeni dövlət standartları qəbul edilib – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Azərbaycanda tikinti sahəsi üzrə yeni dövlət standartları qəbul edilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) Avropa standartı əsasında AZS EN 13501-1-2023 “Yanğın təhlükəsinə görə tikinti məmulatları və materiallarının təsnifatı. I hissə. Yanğın təhlükəsi sınaqlarının nəticələrinə görə tikinti məmulatlarının təsnifatı” və AZS EN ISO 11925-2:2023 “Tikinti materialları – yanğına qarşı davamlılıq sınaqları – alova birbaşa məruz qaldıqda alovlanma qabiliyyəti – Fəsil 2: Tək alov mənbəyi ilə sınaq” dövlət standartlarını qəbul edib.

Bu barədə Dövlət Xidməti xəbər verib.

Məlumata görə, bu standartlar ölkə ərazisində tikinti sahəsində təhlükəsizliyin, o cümlədən tikinti konstruksiyalarında istifadə olunan məmulat və materiallar da daxil olmaqla, yanğın təhlükəsi üzrə tikinti məmulat və materiallarının təsnifat prinsiplərini müəyyən etmək məqsədilə müasir tələblərə uyğun yeni dövlət standartına tələbat əsasında hazırlanıb.

Yeni dövlət standartı “Texniki Komitədə (AZSTAND/TK 10)” müzakirəyə çıxarılıb və institut onları təsdiqləyərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edib.

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top