Azərbaycanda Ramazan bayramı qeyd olunur
Bakı, 10 aprel, AZƏRTAC
Aprelin 10-11-də Azərbaycanda Ramazan bayramı qeyd olunur.
Müsəlmanlar tərəfindən hicri təqviminin ikinci (622-ci il) ilindən qeyd edilməyə başlayan Ramazan ayı insanlara Allahı sevməyi öyrədir, onlara öz iradəsini, dözümünü yoxlamaq imkanı verir, insanları gözüaçıq, təmizvicdanlı olmağa yönəldir. Orucluq Ramazan ayında təzə Ay çıxandan başlanır və 30 gün davam edir.
AZƏRTAC xəbər verir ki, İslam dünyasının ayrılmaz hissəsi olan Azərbaycanda hər il olduğu kimi, bu il də Ramazan bayramı yüksək əhvali-ruhiyyə ilə qeyd edilir. Xalqımız taleyinin ən çətin dönəmlərində də öz tarixi köklərini, milli-mədəni dəyərlərini, adət-ənənələrini qoruyub saxlayıb. Prezident İlham Əliyevin Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrikində bildirdiyi kimi: “…Azərbaycanda dini bayram və mərasimlər hər il qeyd olunur və müsəlman aləmi ilə mənəvi həmrəyliyimizi təcəssüm etdirir. Builki Ramazan bayramı həm də otuz illik düşmən tapdağından azad edilmiş dədə-baba yurdlarımızda, Azərbaycanın bütün suveren ərazisində keçirilməsi ilə əlamətdardır”.
Xatırladaq ki, Şamaxı Astrofizika Rəsədxanasının məlumatına görə, bu il Ramazan bayramı aprelin 10-na təsadüf edir. Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günü – Bayram axşamı şam namazından sonradır. Qazılar Şurasının fətvasına görə adambaşına 10-15 manat fitrə zəkatının verilməsi tövsiyə olunur.
Bu gün Azərbaycanın bütün məscidlərində bayram namazları qılınacaq, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş Vətən övladlarının ruhlarına dualar oxunacaq.
BƏNZƏR MƏQALƏLƏR
-
Superkubok: “Qalatasaray” – “Fənərbağça” oyunu ilə bağlı yekun qərar verilib
Bakı, 11 aprel, AZƏRTAC Türkiyə Superkuboku uğrunda baş tutmayan “Qalatasaray” – “Fənərbağça” oyunu ilə bağlı […]
-
Bakıda mənzildə bağlı qapı arxasında köməksiz qalan uşaqlar xilas edilib
Bakı, 11 aprel, AZƏRTAC Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi […]
-
MN: Hərbi qulluqçuların asudə vaxtı yüksək səviyyədə təşkil olunur
Bakı, 11 aprel, AZƏRTAC Azərbaycan Ordusunda hərbi qulluqçuların mədəni asudə vaxtının səmərəli təşkili, hərtərəfli mənalı […]