
Azərbaycanda nikahdankənar doğuşlar artıb – STATİSTİKA
Dövlət Statistika Komitəsi (DSK) rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı ilə bağlı yeni rəqəmləri açıqlayıb.
Modern.az-ın statistik məlumatlara əsasən apardığı araşdırmaya görə, son illərdə belə uşaqların sayında azalma müşahidə edilsə də, 2022-ci ildə əvvəlki illə müqayisədə artıb.
Belə ki, 2011-ci ildə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 31 minə yaxın olub, növbəti illərdə azalma müşahidə edilib. 2021-ci ildə 17 500-dən çox belə doğulan uşaq olubsa, ötən il bu göstərici 7% artaraq 18 800-ü keçib ki, bu da diri doğulan uşaqların 15%-ni təşkil edib. Yəni 2022-ci ildə anadan olan hər 7 uşaqdan birinin anası rəsmi nikahda olmayıb.
Cədvəl – illər üzrə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı aşağıdakı kimi olub:
2012 |
27031 |
2013 |
25069 |
2014 |
25486 |
2015 |
24038 |
2016 |
26288 |
2017 |
22796 |
2018 |
20716 |
2019 |
21453 |
2020 |
17714 |
2021 |
17566 |
Statistikaya əsasən, rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların 20%-dən çoxu Ədliyyə Nazirliyində yalnız ananın, qalanları hər iki valideynin ərizəsi əsasında qeydiyyata alınıb.
DSK, həmçinin rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların kənd və şəhərlər üzrə bölgüsünü də təqdim edib. Rəsmi nikahda olmayan qadınların dünyaya gətirdiyi uşaqların 62 faizi kəndlərdə doğulub. 1990-cı illərdə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı şəhər yerlərində üstünlük təşkil edirdisə, 2003-cü ildən etibarən bu göstərici kənd yerlərində daha çox olub.
BƏNZƏR MƏQALƏLƏR
-
Azərbaycanda bankların xalis mənfəəti 23% artıb
Azərbaycanın bank sektoru bu ilin yanvar-avqust aylarında 724,2 milyon manat xalis mənfəət əldə edib. Azərbaycan […]
-
Vətəndaşlara xəbərdarlıq: “Külli miqdarda SAXTA QIZIL satışa çıxarılıb”
“Ölkəmizin qızıl məmulatları bazarında külli miqdarda saxta və aşağı keyfiyyətli mallar var. Çünki bu sahəyə […]
-
Bu gün Lənkəranda qaz olmayacaq
Bu gün Lənkəran rayonunun qaz təchizatında fasilə yaranacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) […]