Azərbaycanda ictimai iaşə obyektləri ilə bağlı YENİLİK OLACAQ – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Azərbaycanda ictimai iaşə obyektləri ilə bağlı YENİLİK OLACAQ

“İctimai iaşə obyektlərinin hotellərdə olduğu kimi beş ulduz sistemi üzrə təsnifatlaşdırılması aparılacaq”.

Oxu.Az-ın məlumatına görə, bunu Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli “Qida təhlükəsizliyi haqqında” Qanunun icrası ilə əlaqədar 2023-cü ilin altı ayı ərzində görülmüş tədbirlərə dair keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu proses Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən sahibkarların könüllü müraciətinə əsasən həyata keçiriləcək.

AQTA sədri bununla bağlı beynəlxalq təcrübəyə uyğun təlimatın da hazırlanaraq təsdiq edildiyini nəzərə çatdırıb.

İlhamə Əbülfət

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top