Azərbaycanda əhalinin sayı 10,2 milyon nəfəri ötüb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Azərbaycanda əhalinin sayı 10,2 milyon nəfəri ötüb

Bakı, 14 avqust, AZƏRTAC

Ölkə əhalisinin sayı ilin əvvəlindən 19 min 243 nəfər və ya 0,2 faiz artaraq iyulun 1-i vəziyyətinə 10 milyon 200 min 13 nəfərə çatıb.

AZƏRTAC Dövlət Statistika Komitəsinə istinadla bildirir ki, əhalinin ümumi sayının 54,5 faizini şəhər, 45,5 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.

İyulun əvvəlinə əhalinin 4,6 faizi Naxçıvan Muxtar Respublikasında, 23 faizi Bakı şəhərində, 9,2 faizi Lənkəran-Astara, 8,6 faizi Abşeron-Xızı, 7,3 faizi Qarabağ, 7,1 faizi Mərkəzi Aran, 6,7 faizi Qazax-Tovuz, 6,2 faizi Şəki-Zaqatala, 5,9 faizi Gəncə-Daşkəsən, 5,4 faizi Quba-Xaçmaz, 5,1 faizi Mil-Muğan, 4,9 faizi Şirvan-Salyan, 3,1 faizi Dağlıq Şirvan, 2,9 faizi Şərqi Zəngəzur iqtisadi rayonlarında məskunlaşıb.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top