Azərbaycanda dövlət müəssisələrinin büdcəyə nə qədər borcu var?
2022-ci ildə bütün mülkiyyət növləri üzrə vergi ödəyicilərinin büdcə daxilolmaları artıb.
Bu məlumat “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə və Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyində əksini tapıb.
Belə ki, 2022-ci ildə Dövlət Vergi Xidməti xətti ilə dövlət büdcəsinə təmin edilən gəlirlərin tərkibində dövlət mülkiyyətində olan vergi ödəyicilərinin payı 4 milyard 105 milyon 400 min manat, xüsusi mülkiyyətdə olan vergi ödəyicilərinin payı 4 milyard 64 milyon 300 min manat, digər mülkiyyət mənsubiyyətinə (xarici, birgə, bələdiyyə, beynəlxalq təşkilatlar) aid edilən vergi ödəyicilərinin payı isə 7 milyard 373 milyon 300 min manat olub.
Dövlət sektoru üzrə daxilolmaların artması bu sektor üzrə büdcəyə olan borcların 6,7 milyon manat və ya 2,6% azalaraq 254,2 milyon manat, artıq ödəmə məbləğlərinin isə 76,1 milyon manat və ya 18,3% artaraq 491 milyon manat təşkil etməsi şəraitində baş verib.
Eyni zamanda, qeyd edilməlidir ki, dövlət mülkiyyətində olan vergi ödəyiciləri tərəfindən 2022-ci ildə dövlət büdcəsinə köçürülmüş daxilolmaların real hesablamlara nisbətən icrası 96,6%-ə bərabər olub.
BƏNZƏR MƏQALƏLƏR
-
SOCAR və Avropa Komissiyası Cənub Qaz Dəhlizinin genişləndirilməsi məsləsini müzakirə edib – FOTO
SOCAR və Avropa Komissiyası Cənub Qaz Dəhlizinin genişləndirilməsi məsələsini müzakirə edib. Oxu.Az xəbər verir ki, […]
-
SOCAR-ın prezidenti “Petrovietnam” şirkətinin vitse-prezidenti ilə görüşdü – FOTO
Mayın 31-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf “Petrovietnam” şirkətinin vitse-prezidenti Le […]
-
Sürücülərin kondisioner ustalarına müraciətləri artdı, xidmət bahalaşdı – VİDEO
Havalar isindiyindən sürücülərin kondisioner ustalarına müraciətləri artıb. Xezerxeber.az-ın məlumatına görə, uzun illərdir kondisioner ustası işləyən […]