
Azərbaycanda bu sahədə yeni proqram hazırlanır – Nazir
Azərbaycanda dövlət-özəl tərəfdaşlığı sahəsində ixrac potensialının artırılması üzrə proqram hazırlanır.
Economic.Az Trend-ə istinadən bildirir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Sahibkarlar gününə həsr olunmuş “İqtisadiyyatın inkişafında sahibkarlığın rolu” konfransında deyib.
“Bu işlər yeni iş yerlərinin yaradılmasına, dövlət əmlakının hərraclarda alqı-satqısı prosedurlarının sadələşdirilməsinə xidmət edir”, – nazir deyib.
M.Cabbarovun sözlərinə görə, maliyyə sektorunda da sahibkarlıq sahəsinə maliyyə alətlərinin əlçatanlığının sadələşdirilməsi üçün yeni proqram hazırlanır.
“Qeyd etmək istəyirəm ki, bu gün məhz yerli sahibkarlığa investisiyaları artırmaq lazımdır. Mən əminəm ki, bu proqram məhz bu məqsədə xidmət edir”, – M.Cabbarov bildirib.
BƏNZƏR MƏQALƏLƏR
-
BDU-da magistratura pilləsi üzrə vergi hüququ ixtisası yaradılır
Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə 2022/2023-cü tədris ili üçün tələbə qəbulu təsdiq edilən ali […]
-
Azərbaycanda siqaretlər niyə yoxa çıxıb? – Kim hansı qiymətə istəyir satır
Son zamanlar siqaret çəkənlər bəzi növ siqaretləri tapa bilməməkdən şikayətlənirlər. Qeyd edilir ki, əsasən iri […]
-
Bu il iyulun 1-dən etibarən deputata hər ay vəzifə maaşı, vəzifə maaşına əlavə və deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün verilən vergilərdən azad olunan pul təminatı ləğv olunub
Habelə, Milli Məclisin sədri, onun birinci müavini və müavinləri, Milli Məclisin komissiya sədrləri və […]