
Azərbaycanda banklar vətəndaşa kredit verməməlidirlər – İqtisadçı səbəbləri açıqladı + FOTO
“Azərbaycanda əhaliyə onun ödəniş qabiliyyəti ilə müqayisədə çox kredit verilir. Bu da normal hal hesab edilmir. Ona görə ki, əhali krediti əsasən istehlakı üçün götürür. Odur ki, kreditlərin elə dövlət layihələrinə, sahibkarlığın inkişafına ayrılması daha məqsədəuyğundur. Çünki nəticədə yeni iş yerləri yaradılır və əhalinin məşğulluğu təmin olunur”.
Bu fikirləri Publika.az-a Mərkəzi Bankın kredit portfeli haqqında məlumatı ilə bağlı açıqlamasında iqtisadçı-hüquqşünas Əkrəm Həsənov bildirib.
“Mərkəzi Bankın təqdim etdiyi məlumatda qeyd olunur ki, ölkədə bank və digər kredit təşkilatlarının kredit portfeli 2022-ci ilin dekabrın 1-nə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 21,1 faiz artaraq, 20 milyard 218 milyon 700 min manat təşkil edib. Burada göstərilir ki, həmin məbləğin 80,7 faizi (16 milyard 312 milyon 500 min manatı) uzunmüddətli kreditlərdir. Deməli, o kreditlərin mütləq əksəriyyəti iri dövlət layihələrinə, işğaldan azad edilmiş bölgələrdə bərpa-quruculuq işlərinə və s. ayrılıb. Açıqlanmasa da, uzunmüddətli kreditlərin faiz göstəricisinə əhaliyə ipoteka kreditlərinin verilməsinin də daxil olduğunu təxmin etmək olar”, – deyə ekspert fikirlərinə əlavə edib.
Əkrəm Həsənov bildirib ki, əslində dövlətin iri layihələrə, sahibkarlığın inkişafına kredit ayırması müsbət haldır:
“Azərbaycanda əhalinin ödəniş qabiliyyəti aşağıdır. Amma buna baxmayaraq, ona çox kredit verilir. Bu da anormal hal hesab edilir. Odur ki, kreditin sahibkarlığın inkişafına dəstək, yeni iş yerlərinin yaradılması məqsədilə ayrılmasının daha məqsədəuyğun olduğunu düşünürəm”.
BƏNZƏR MƏQALƏLƏR
-
Kənd təsərrüfatına dövlət dəstəyinin artırılmasının nəticəsi necə olaqcaq? – FOTO
Azərbaycan hökuməti kənd təsərrüfatının inkişafına 2023-cü ilin dövlət büdcəsindən 1 milyard 202,1 milyon manat məbləğində […]
-
“AzerGold” QSC-nin qızıl sikkə kolleksiyaları İsveçrədə nümayiş olunur – FOTO
“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) qızıl sikkə kolleksiyaları İsveçrədə nümayişə çıxarılıb. QSC-dən AZƏRTAC-a bildirilib ki, qızıl […]
-
Qadınların neft və qaz sahəsində işləmə saatında hansı güzəştlər edilir? – FOTO
Yanvarın 28-də başlayan Bakı Limanının da dəstəyi ilə STEM təhsilinə və gələcək fəaliyyətinə həsr olunmuş […]