Azərbaycanda 5 qəpiklik metal pul nişanının yenilənməsinin səbəbi açıqlanıb
Azərbaycanda kiçiknominallı metal pul nişanlarına (1, 3 və 5 qəpiklik) tələb hələ də var və bu il bu tələbdə 6%-ə qədər artım müşahidə olunur.
Bu barədə “Report”un sorğusuna cavab olaraq 5 qəpiklik metal pul nişanının yenilənməsinin səbəbi ilə bağlı Azərbaycan Mərkəzi Bankından bildirilib.
“Tədavüldə kiçiknominallı, o cümlədən 5 qəpiklik pul nişanlarına tələb, əsasən, onlardan hələ də qiymətlərin formalaşmasında və pərakəndə ticarətdə geniş istifadə olunması ilə bağlıdır. Beynəlxalq təcrübəyə uyğun olaraq və ölkənin qanunvericiliyindən irəli gələn hallarda mərkəzi banklar pul nişanlarının dizaynında və mühafizə elementlərində yenilənmələr həyata keçirir.
Yenilənmiş 5 qəpiklik pul nişanının dizaynına 2021-22-ci illərdə yenilənməsi həyata keçirilib, 10, 20 və 50 qəpiklərə uyğun olaraq Dövlət Gerbinin və istehsal ilinin təsviri əlavə edilib. Bu da müvafiq qanunvericilikdə həyata keçirilmiş dəyişikliklərlə əlaqədardır”, – deyə açıqlamada qeyd olunub.
Xatırladaq ki, sonuncu dəfə ötən il iyulun 27-də Azərbaycanda yenilənmiş 10 və 50 qəpiklik metal pul nişanları tədavülə buraxılıb.
BƏNZƏR MƏQALƏLƏR
-
Azərbaycan nefti cüzi bahalaşıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti […]
-
“Yüksəliş” müsabiqəsinin qabiliyyət imtahanı start götürdü
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Dördüncü dəfə təşkil olunan “Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin […]
-
“Məzun günü” üçün restoranlarda yer tapılmır – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Məzun günü”nə sayılı günlər qaldığından restoranlara tələbat artıb. […]