Azərbaycana il ərzində gələn turistlərin sayı nə qədər olacaq? – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Azərbaycana il ərzində gələn turistlərin sayı nə qədər olacaq?

Bu ilin sonuna Azərbaycana gələn turistlərin sayının 1,5 milyonu keçəcəyini gözləyirik.

“Report” xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə deyib

O bildirib ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycana 1,4 milyon xarici vətəndaş gəlib:

“Bu, əvvəlki illə müqayisədə 2 dəfə və ya 110 % çoxdur. Koronavirus pandemiyasından əvvəlki 2019-cu illə müqayisədə isə 2 dəfə azdır. Məqsəd turizm sektorunda pandemiyadan əvvəlki dövr göstəricilərini üstələməkdir.

Yaxın 4 ildə əsas məqsədimiz turist axınını 4 milyon insana çatdırmaqdır”.

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top