Azərbaycana gələn turistlərin sayı 34% artıb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Azərbaycana gələn turistlərin sayı 34% artıb

“Bu ilin  yanvar-avqust aylarında Azərbaycana 1 milyon 344 min 260 turist gəlib”.

Bunu Oxu.Az-a açıqlamasında Azərbaycan Dövlət Turizm Agentliyinin Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Gülnar Mustafayeva deyib.

O bildirib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 34 faiz çoxdur:

“Avqust ayında 200 min 138 nəfər səyahət edib. Bu da keçən ilin analoji dövrünə nisbətən 16 faiz artım deməkdir”.

“Avqustda ən çox Rusiya (51 019), Türkiyə (30 211), İran (15 038), Səudiyyə Ərəbistanı (14 173) və Hindistandan (10 248) turistlər ölkəmizə səfər edib”, – deyə o əlavə edib.

İlhamə Əbülfət

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top