
Azərbaycana gələn iranlı turistlərin sayı 30 faiz artıb
Bu ilin yanvar-sentyabr aylarında İrandan Azərbaycana gələn turistlərin sayı 30 faiz artıb.
Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Masallıda “Cənub bölgəsində turizmin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda keçirilən regional müşavirədə deyib.
Ə.Qarayev bu ilin doqquz ayında ötən ilin müvafiq dövrünə nisbətən ölkəmizə gələn turistlərin sayının artdığını vurğulayıb.
Ə.Qarayev bildirib ki, Prezident İlham Əliyevin sentyabrın 1-də imzaladığı “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamı ölkəmizdə turizmin inkişafı ilə bağlı qarşıya yeni məqsəd və vəzifələr qoyur: “Ölkə başçısının diqqət və qayğısı sayəsində turizm sahəsində aparılan islahatlar artıq intensiv xarakter alıb. Bu tədbirlərin ölkə üzrə balanslaşdırılmış şəkildə həyata keçirilməsi, mövcud potensialın hərəkətə gətirilməsi regionların sosial-iqtisadi inkişafının yüksəlməsinə, habelə Azərbaycanın daha geniş turizm bazarlarına inteqrasiya etməsinə şərait yaradır”.
Bölgənin mövcud turizm infrastrukturundan danışan nazir bildirdi ki, sektorun inkişafı bölgədəki rayonlar arasında qeyri-bərabər səviyyədədir. Belə ki, Lənkəranda 17, Masallıda 15, Astarada 2, Cəlilabadda 1, Yardımlıda 2, Biləsuvarda 2, Salyanda 1, Lerikdə 4, Neftçalada 1 qeydiyyatdan keçmiş mehmanxana və mehmanxana tipli obyekt fəaliyyət göstərir. Hazırda Lənkəranda 2, Astarada 3, Yardımlıda 2 hotel tikilməkdədir.
BƏNZƏR MƏQALƏLƏR
-
AZAL Bakıdan üç yeni istiqamət üzrə reyslər yerinə yetirəcək
Azərbaycanın Milli Aviadaşıyıcısı (AZAL) Rusiyaya daha üç yeni istiqamət əlavə edir. Mart ayından etibarən aviaşirkət […]
-
Azərbaycan vətəndaşları artıq Qazaxıstanda 90 gün müddətində vizasız qala bilərlər
Bu gündən Avrasiya İqtisadi Birliyi (AİB) vətəndaşları da daxil olmaqla, immiqrantların Qazaxıstana girişi və qalmasının […]
-
AZAL yeni təyyarələr alacaq – FOTO
Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) 2030-cu ilə qədər inkişaf strategiyası çərçivəsində donanmasını yeni müasir dargövdəli “Airbus […]