Azərbaycan Voleybol Federasiyasının prezidenti yeniyetmə və gənc idmançılarla görüşüb - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Azərbaycan Voleybol Federasiyasının prezidenti yeniyetmə və gənc idmançılarla görüşüb

Bakı, 24 may, AZƏRTAC

Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov yeniyetmə və gənc idmançılarla görüşüb.

AVF-dən AZƏRTAC-a bildiriblər ki, federasiyanın vitse-prezidentləri Faiq Qarayev, Bəhruz Quliyev və baş katib Faiq Orucovun iştirak etdiyi görüşə 15 yaşadək qızlar arasında təşkil olunan voleybol turnirində fərqlənən oyunçular və onların məşqçiləri də qatılıblar.

Şahin Bağırov voleybolçularla söhbətində idmanın bu növünün inkişaf etdirilməsinin vacibliyini vurğulayıb, bu işdə gənclərin yaxından iştirakının zəruriliyini ifadə edib. Federasiya rəhbəri dərslə bərabər məşqlərə də vaxt ayırdıqları üçün voleybolçulara və onların valideynlərinə təşəkkür edib.

Voleybolçuların problemləri ilə maraqlanan federasiya rəhbəri onları bir neçə gün əvvəl keçirilmiş turnirdə sərgilədikləri gözəl oyun münasibətilə təbrik edib və gələcək yarışlarda uğurlar arzulayıb.

Görüşdə Faiq Qarayev çıxış edərək gənclərin məşq prosesinə necə yanaşmalı olduqlarından danışıb. Peşəkar voleybolçu kimi yetişmək istiqamətində məsləhətlərini verən F.Qarayev gənclərə karyeralarında uğurlar diləyib.

Daha sonra “Azərreyl-2” komandasının baş məşqçisi, Əməkdar məşqçi Alla Həsənova çıxış edib. O, bir neçə gün əvvəl başa çatmış yarışda fərqlənən voleybolçuların seçim əsasında millinin ikinci komandasına cəlb ediləcəklərini bildirib. A.Həsənova belə seleksiya tipli yarışların tez-tez keçirilməsinin vacib olduğunu deyib. Qeyd edib ki, məhz bu yarışlarda oyunçular özlərini göstərmək və təcrübə toplamaq imkanı qazanırlar.

 

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top