Azərbaycan və Türkiyə Preferensial Ticarət Sazişinin əhatə dairəsini genişləndirə bilərlər - FOTO - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Azərbaycan və Türkiyə Preferensial Ticarət Sazişinin əhatə dairəsini genişləndirə bilərlər – FOTO

Azərbaycan və Türkiyə arasında Preferensial Ticarət Sazişinin əhatə dairəsinin genişləndirilməsi müzakirə edilib.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” hesabında bildirib.

“Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə iştirakı çərçivəsində Türkiyənin ticarət naziri Mehmet Muş ilə görüşdük və ölkələrimiz arasında iqtisadi əməkdaşlığın gündəliyində olan məsələlər, Azərbaycan və Türkiyə arasında Preferensial Ticarət Sazişinin əhatə dairəsinin genişləndirilməsi barədə müzakirə apardıq”, – deyə o qeyd edib.

 



Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top