Azərbaycan və ŞKTC arasında təhsil sahəsində əməkdaşlığın yolları müzakirə olunub – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Azərbaycan və ŞKTC arasında təhsil sahəsində əməkdaşlığın yolları müzakirə olunub

Ankara, 10 avqust, AZƏRTAC

Avqustun 9-da bir sıra dövlət təhsil müəssisələrinin müəllim və rəhbərləri də daxil olmaqla, Azərbaycanın təhsil sisteminin 40 əməkdaşından ibarət qrup Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Şərqi Aralıq dənizi Universitetində (DAÜ) olub.

AZƏRTAC xəbər verir ki, DAÜ-nün rektoru Hasan Kılıç Azərbaycandan olan qonaqları Türk Kiprinin aparıcı ali məktəblərindən olan universitetin fəaliyyəti və imkanları barədə məlumatlandırıb.

Qazimaqus şəhərinə səfər zamanı nümayəndə heyətini Azərbaycandan olan DAÜ məzunları müşayiət ediblər. Süni intellektin təhsil sisteminə tətbiqi üzrə fikir mübadiləsi aparılıb.

Universitetin rektoru qeyd edib ki, süni intellekt DAÜ-də mütəxəssislərin hazırlanması üzrə ən prioritet və populyar istiqamətlərdən biridir.

Abituriyentlərin gələcək ixtisasın seçiminə töhfə məsələsi üzrə fikir mübadiləsi aparılıb.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top