Azərbaycan və İran aqrar sahədə əməkdaşlığı genişləndirir - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Azərbaycan və İran aqrar sahədə əməkdaşlığı genişləndirir

Mayın 17-də iqtisadiyyat naziri Şahin Mustafayevin İran İslam Respublikasının kənd təsərrüfatı naziri Mahmud Höccəti ilə keçirdiyi görüşdə ölkələrimiz arasında əməkdaşlığın yüksək səviyyədə olmasından və əlaqələrin müxtəlif sahələrdə uğurla davam etməsindən məmnunluq ifadə olunmuş, kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılmışdır.

Nazir Şahin Mustafayev qeyd etmişdir ki, Azərbaycan və İran prezidentlərinin əlaqələrin daha da genişləndirilməsi istiqamətində göstərdiyi birgə səylər nəticəsində ölkələrimiz arasında neft-qaz, nəqliyyat, enerji, rabitə və s. sahələrdə əməkdaşlıq uğurla davam edir. Kənd təsərrüfatı Azərbaycan-İran əməkdaşlığının vacib istiqamətlərindən biridir və bu sahədə əlaqələrin genişləndirilməsi üçün geniş imkanlar var. Mövcud imkanları reallaşdırmaq məqsədilə Hökumətlərarası Komissiya çərçivəsində aqrar sahə üzrə İşçi Qrupu fəaliyyət göstərir və İşçi Qrupunun ilk iclası 2015-ci ildə keçirilmişdir. Nazir Şahin Mustafayev qeyd etmişdir ki, Azərbaycanda bitki və heyvanlar üçün dərman preparatlarının istehsalına dair birgə müəssisə yaradıla, İranlı ixracatçılar Azərbaycanın Aktau şəhərindəki Logistik Mərkəzindən istifadə edə bilər. Bundan başqa, Azərbaycan pambıqçılıq, toxumçuluq və tingçilik sahələrində əməkdaşlıqda, eləcə də meyvə qurudulması sahəsində İran təcrübəsinin öyrənilməsində və ölkəmizdə meyvəqurutma müəssisələrinin yaradılmasında, İrandan kənd təsərrüfatı texnikasının alınması sahəsində əməkdaşlıqda maraqlıdır.

İran İslam Respublikasının kənd təsərrüfatı naziri Mahmud Höccəti hər iki ölkənin kənd təsərrüfatı sahəsində böyük potensiala malik olduğunu və aqrar sahədə əməkdaşlığın genişləndirilməsi üçün mövcud potensialdan səmərəli istifadə olunmasının əhəmiyyətini qeyd etmişdir. Vurğulanmışdır ki, ölkələrimiz arasında ticarət əlaqələri genişləndirilməklə 3-cü ölkələrə birgə ixrac həyata keçirilə bilər. Mahmud Höccəti İranlı fermerlərin Azərbaycanda müştərək və ya uzunmüddətli torpaq icarəyə götürərək xüsusi tələbat olan məhsulların əkilməsində, birgə investisiya qoyuluşunda maraqlı olduğunu diqqətə çatdırmışdır.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top