Azərbaycan Turizm Bürosu beynəlxalq marketinq müsabiqəsində qalib olub - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Azərbaycan Turizm Bürosu beynəlxalq marketinq müsabiqəsində qalib olub

ECONOMİC: Azərbaycan Turizm Bürosu “Avrasiya Turizm Sənayesi Mütəxəssisləri Birliyi” tərəfindən keçirilən “PROBrend” turizm üzrə 3-cü beynəlxalq marketinq müsabiqəsində qalib seçilib.

Naftalan şəhərinin brendinqi və azerbaijan.travel vebsaytı ilə müsabiqəyə qatılan Azərbaycan Turizm Bürosu “İlin kəşfi” adlı nominasiya üzrə mükafata layiq görülüb. Onlayn formatda keçirilən mükafatlandırma mərasimində qaliblərə xüsusi diplomlar təqdim olunub.

Qeyd edək ki, müsabiqəyə 4 ölkədən 10 nominasiya üzrə 318 müraciət qəbul olunub.

2018-ci ildə yaradılmış “Avrasiya Turizm Sənayesi Mütəxəssisləri Birliyi” üzvlər arasında təcrübə mübadiləsi üçün kommunikasiya platforması kimi Avrasiya məkanında beynəlxalq turizmin inkişafında maraqlı tərəflərin qarşılıqlı əməkdaşlığının təmin olunması istiqamətində fəaliyyət göstərir.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top