Azərbaycan təmsilçisi 74-cü Beynəlxalq Astronavtika Konqresində mükafata layiq görüldü – FOTO – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Azərbaycan təmsilçisi 74-cü Beynəlxalq Astronavtika Konqresində mükafata layiq görüldü – FOTO

74-cü Beynəlxalq Astronavtika Konqresi öz işini başa vurub.

Oxu.Az xəbər verir ki, oktyabrın 2-dən başlayaraq ölkəmizin ev sahibliyi etdiyi genişmiqyaslı tədbir sona çatıb.

Heydər Əliyev Mərkəzində keçirilən bağlanış mərasimində çıxış edən “Azərkosmos”un İdarə Heyətinin sədri Saməddin Əsədov konqresdə iştirak edənlərə təşəkkürünü bildirib.

Tədbirin Azərbaycan üçün əhəmiyyətindən danışan sədr konqresin təşkilatçılığında rolu olan şirkətlərə, dəstəkçilərə, dünyanın müxtəlif ölkələrindən gələn astronavtlara, eləcə də kosmik sahədə əldə edilən bilik və bacarıqlarını bu günlərdə digər şəxslərə bölüşən hər kəsə minnətdarlıq edib.

Bağlanış mərasimində mükafatlandırılanlar arasında “2023 IAF Young Pioneer Award”  mükafatına Azərbaycandan “Azərkosmos”un Coğrafi İnformasiya Sistemləri üzrə aparıcı təlimçi Sona Quliyeva layiq görülüb.

Çıxışdan sonra oktyabrın 2-dən son günə qədər sərgi pavilyonundan və keçirilən panel iclaslarından, eləcə də “Space X”in təsisçisi İlon Maskın onlayn çıxışından hazırlanan videoçarx təqdim edilib.

Daha çox şəkil burada: PhotoStock.az

Könül Cəfərli

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top