Azərbaycan TAP vasitəsilə qaz tədarüklərini artırıb
Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Azərbaycandan Avropaya qaz idxalı 2023-cü ilin ilk üç rübü ərzində illik hesablamada 2 faiz və ya 0,2 milyard kubmetr artıb.
“Trend” xəbər verir ki, 2023-cü ilin ilk üç rübü ərzində Avropaya qaz tədarükünün ümumi həcmi ötən ilin analoji dövrü ilə müqayisədə təqribən 13 faiz (yaxud 54 milyard kubmetr) azalıb.
Rusiyadan boru qazı axınının, daxili hasilatın davamlı azalması və Norveçdə texniki xidmətin daha yüksək səviyyəsi ilkin qaz tədarüklərinin əlçatanlığını məhdudlaşdırıb.
Agentliyin məlumatlarına əsasən, maye təbii qaz (MTQ) 2023-cü ilin ilk üç ayı ərzində ötən ilin analoji dövrü ilə müqayisədə 2,5 faiz artaraq, Avropanın ümumi qaz istehlakının təqribən 40 faizini təşkil edib ki, bu da Ukraynada müharibə başlamazdan əvvəl rus boru qazının payına bərabərdir.
Xatırladaq ki, Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan TAP vasitəsilə hər il İtaliyaya səkkiz milyard kubmetr, Yunanıstan və Bolqarıstanın hər birinə isə bir milyard kubmetr həcmində qaz nəql olunur.
31 dekabr 2020-ci ildə Azərbaycan qazının Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya nəqli başladılıb. Azərbaycan tarixdə ilk dəfə öz təbii qazını boru kəmərləri ilə Avropa bazarına çıxarıb. Dünyada təbii qazın ən iri idxalçısı olan Avropa bazarına birbaşa çıxışla Azərbaycan öz ixrac imkanlarını diversifikasiyalaşdırıb.
BƏNZƏR MƏQALƏLƏR
-
Azərbaycan nefti cüzi bahalaşıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti […]
-
“Yüksəliş” müsabiqəsinin qabiliyyət imtahanı start götürdü
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Dördüncü dəfə təşkil olunan “Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin […]
-
“Məzun günü” üçün restoranlarda yer tapılmır – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Məzun günü”nə sayılı günlər qaldığından restoranlara tələbat artıb. […]