
Azərbaycan tam olaraq rəqəmsal TV-yə keçməyə başlayır
Azərbaycanda ilkin olaraq rəqəmsal televiziyaya tam keçidin həyata keçiriləcəyi yaşayış məntəqələrinin siyahısı hazırlanıb. economic.az Trend-ə istinadən xəbər verir ki, ölkənin telekommunikasiya bazarındakı mənbə deyib.
Mənbə bildirib ki, ilkin olaraq analoq yayım ötürücülərinin dayandırılması üzrə işlər artıq ikinci rübdən başlayacaq: “Rəqəmsal TV-yə keçid mərhələli olacaq. Analoq yayım öncə rəqəmsal TV siqnalının davamlılığını təmin etmək üçün ehtiyat ötürücülərin olduğu yaşayış məntəqələrində dayandırılacaq. İlk növbədə, rəqəmsal televiziyaya tam keçid Bakıda həyata keçiriləcək”.
Qeyd edək ki, hazırda respublika yaşayış məntəqələrinin rəqəmsal televiziya siqnalı ilə əhatə olunması 99 faizə çatır.
BƏNZƏR MƏQALƏLƏR
-
Azərbaycanda dövlət qurumları üçün “wetransfer”ə alternativ resurs yaradılıb
Azərbaycanda mübadilə olunan dövlət məlumatlarının sızmadan qorunması üçün “wetransfer” alternativi yaradılan yeni “share.gov.az” xidməti istifadəyə […]
-
Allahverən İsmayılov: “İrandakı terror aktı ilə bağlı kiberhücumlara qarşı ciddi tədbirlər görülməlidir”
“İran İslam Respublikasında Azərbaycan səfirliyinə edilən terror aktı bunu deməyə əsas verir ki, hazırda informasiya […]
-
Azərbaycana gətirilən telefonların rəsmiləşdirilməsi ilə bağlı qoyulan tələb nələri dəyişəcək? – FOTO
Fevralın 15-dən Azərbaycan ərazisinə daxil olacaq istənilən mobil telefonlar Dövlət Gömrük Xidmətinin rəsmi saytında bəyan […]