Azərbaycan taekvondoçusu Paris Olimpiadasında gümüş medal qazanıb
Paris, 7 avqust, Elnur Salahov, AZƏRTAC
Azərbaycan “Paris-2024” Yay Olimpiya Oyunlarında növbəti medalı qazanıb.
AZƏRTAC xəbər verir ki, bu dəfə fəxri kürsüyə taekvondoçu Qaşım Maqomedov (58 kiloqram) qalxıb.
Mübarizəyə 1/8 finaldan başlayan idmançımız ilk görüşündə irlandiyalı Cek Uolleyə qalib gəlib. Ardınca ispaniyalı Adrian Visenteni üstələyən taekvondoçumuz yarımfinalda İtaliya təmsilçisi Vito Akviladan güclü olub.
Finalda Cənubi koreyalı Park Taeçjunu sınağa çəkən Q.Maqomedov ilk hissədə ayağından ciddi zədə alıb. Görüşü davam etdirə bilməyən idmançımız yekunda məğlub elan edilib və gümüş medalla kifayətlənib.
Qeyd edək ki, bununla da Azərbaycan idmançılarının Paris Olimpiadasında qazandığı medalların sayı 4-ə çatıb. Daha əvvəl cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu adını qazanıb, boksçu Alfonso Dominqes (92 kiloqram) isə finala vəsiqə qazanmaqla ən azı gümüş mükafatı təmin edib.
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]