Azərbaycan Prezidenti Koreyanın Ticarət və Sənaye Palatası sədrini qəbul edib – YENİLƏNİB – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Azərbaycan Prezidenti Koreyanın Ticarət və Sənaye Palatası sədrini qəbul edib – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 6-da Koreya Respublikasının Ticarət və Sənaye Palatasının və “SK Group” şirkətlər qrupunun sədri Çey Tae-vonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, Çey Tae-von ölkəmizdə sonuncu dəfə 12 il əvvəl olduğunu qeyd edərək, ötən dövr ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda baş verən inkişaf proseslərinin və qazanılan nailiyyətlərin onda dərin təəssürat oyatdığını deyib, bununla bağlı təbriklərini çatdırıb. Qonaq Azərbaycan ilə Koreya Respublikası arasında müxtəlif istiqamətlərdə iqtisadi əməkdaşlıq imkanlarını qeyd edib.

Xüsusilə işğaldan azad edilmiş ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyasının tətbiqi ilə bağlı Koreya Respublikası şirkətinin təcrübəsi, Azərbaycanın zəngin bərpa olunan enerji potensialının reallaşdırılması, həmçinin ölkəmizin böyük mineral ehtiyatları, informasiya-kommunikasiya texnologiyaları, təhsil və insan kapitalının inkişafı sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub. Ölkələrimiz arasında turizm əlaqələrinin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, 1953-cü ildə təsis olunan və baş ofisi Seul şəhərində yerləşən “SK Group” Koreya Respublikasının ikinci ən böyük şirkətlər qrupudur. Şirkətin ötənilki gəliri 150,9 milyard, aktivlərinin həcmi isə 246,9 milyard ABŞ dollarıdır. Qlobal miqyasda törəmə şirkətlərinin və filiallarının sayı 512, dünya üzrə əlaqəli şirkətlərinin sayı isə 198 olan “SK Group”un müxtəlif ölkələrdə 100 mindən çox işçisi var. Şirkət energetika və kimya, informasiya-kommunikasiya texnologiyaları, yarımkeçiricilər və qabaqcıl materiallar, logistika, xidmətlər, biosəhiyyə və əczaçılıq istiqamətlərində fəaliyyət göstərir.

12:07

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 6-da Koreya Respublikasının Ticarət və Sənaye Palatasının və “SK Group” şirkətlər qrupunun sədri Çey Tae-vonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə AZƏRTAC xəbər verir.

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top